Mojo.az Banner
15:46 Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     15:45 "ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildi  |     15:38 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ  |     15:36 Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:32 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI  |     15:28 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     13:59 AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi  |     13:54 Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA  |     13:46 Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA  |     13:44 Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi  |     12:45 "Sumqayıt" 50-yə çatdı  |     12:44 Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü  |     12:43 Qızıl və gümüş ucuzlaşdı  |     12:42 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     12:40 Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA  |     12:38 Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ  |     12:37 Çexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     12:35 Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək  |     12:32 Azərbaycan nefti ucuzlaşıb  |     12:30 Paytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - Video  |    
Left Banner
Right Banner

AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi

28.04.2026 13:59 603
AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi
Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədr mövzusu gündəmə gəlib. Nizamnamənin tələblərinə əsasən qurultayın may ayında keçiriləcəyi bildirilib.

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən AKİ-nin sabiq Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Afaq Yusifli öz namizədinin Həmidə Ömərova olduğunu açıqlayıb.


O bildirib ki, Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katiblərindən biri kimi fəaliyyət göstərib. H. Ömərova katib olduğu dövrdə tələbələri üçün ittifaqda dərslər təşkil edib. Həmin dərslər zamanı Həmidə Ömərovanın gənc nəslin inkişafına və təhsilinə xüsusi önəm verdiyi aydın şəkildə müşahidə olunub.

Afaq Yusifli Həmidə Ömərovanın sədrliyə namizədliyini istəyərək onun peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib:

"Həmidə Ömərova həm Azərbaycan, həm də dünya kino tarixini və onun inkişaf istiqamətlərini dərindən bilir. H. Ömərova sədr seçiləcəyi təqdirdə, Azərbaycan kinosunun inkişafına, xüsusilə gənclərin bu sahəyə cəlb olunmasına və onlar üçün yeni imkanların yaradılmasına töhfə verə bilər".


A. Yusifli qeyd edib ki, H. Ömərova hazırda aktiv şəkildə serial və filmlərdə rol alır və bu səbəbdən mövcud kino bazarının vəziyyətindən yaxşı xəbərdardır. Onun fikrincə, bir çox tanınmış, təcrübəli aktyor və aktrisaların artıq kinoda aktiv olmaması onların sektordakı yeniliklərdən və beynəlxalq proseslərdən müəyyən qədər kənarda qalmasına səbəb olur.

O əlavə edib ki, Həmidə Ömərovanın bu sahədə üstünlüklərindən biri də onun dəstəkləyici xarakterə malik olmasıdır. “Mən AKİ-də olduğum dövrdə onun həm əməkdaşlarla, həm də tələbələrlə münasibətində bunu açıq şəkildə müşahidə etmişəm”, – deyə A. Yusifli vurğulayıb.

Sonda A. Yusifli bildirib ki, Həmidə Ömərova ölkənin ən məşhur aktrisalarından biri olsa da, sadəliyi və müasir yanaşması ilə seçilir. H. Ömərova idarəetmədə köhnə sovet stereotiplərinə deyil, müasir dünya standartlarına üstünlük verir və qazandığı hörmət statusundan deyil, davranışı və fəaliyyəti ilə formalaşır.

A. Yusifli hesab edir ki, Həmidə Ömərovanın sədr seçilməsi Azərbaycan kinosunda yeni mərhələnin başlanğıcı ola bilər. O, bunun həm də kino sahəsində qadınların rolunun güclənməsi baxımından əhəmiyyətli addım olacağını vurğulayıb və əlavə edib ki, belə bir seçim Azərbaycan Kinematoqrafçılar İttifaqı üçün yeni və müsbət dəyişikliklərə yol aça bilər.

"Nəzərə alsaq ki, Azərbaycan kinosunun 127 illik tarixi var, bu müddət ərzində qadınlar daha çox aktrisa, qrimyor və ya geyim dizayneri kimi sahələrdə təmsil olunublar. Həmidə Ömərova kimi bir mötəbər şəxsiyyətin mötəbər quruma, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi isə bu ənənəvi çərçivələrin dəyişməsi baxımından əhəmiyyətli addım olar.

Hesab edirəm ki, onun seçilməsi bir ilk kimi qiymətləndirilə bilər. Belə nüfuzlu bir quruma Həmidə Ömərova kimi tanınmış və peşəkar bir qadının rəhbərlik etməsi, eyni zamanda kino sahəsində qadınların rolunun güclənməsinə dəstək verəcək.

Bu baxımdan, mövcud stereotiplərin qırılması və yeni yanaşmaların formalaşması üçün belə bir seçimin vacib olduğunu düşünrəm".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner