Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA
Geniş yayılmış adətlərimizdən biri insan vəfat etdikdən sonra onun ruhu üçün “Quran” oxudulmasıdır. Mollalar bu məqsədlə “Quran” xətm etdiklərini bildirir və bunun qarşılığında 100–250 manat arasında ödəniş tələb olunur. Maddi imkanları məhdud olan bəzi insanlar belə, bunu özlərinə mənəvi məsuliyyət və borc hesab edərək bu xərci çəkməyə çalışırlar. Bu cür hallarda “Quran” xətmi üçün ödəniş tələb olunması nə dərəcədə doğru və əsaslıdır?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Quran insanlara düz yol göstərmək üçün nazil olub. Bu kitab oxunub əməl edilmək üçündür.
Onun sözlərinə görə, Quran oxuyarkən əldə edilən savab, sədəqə verildiyi kimi mərhumun ruhuna hədiyyə edilə bilər. Lakin qəbristanlıqda Quran oxuma ənənəsi sonradan formalaşmışdır və bu, bidət hesab olunur.
“Yəni bu, Peyğəmbərin (s) ənənəsinə aid deyil. O Həzrət heç kəsin məzarının üstündə Quran oxumamışdır. Qəbir üzərində əsasən dua etmək tövsiyə olunur; orada namaz qılmaq və Quran oxumaq isə olmaz. İstismarçı molla sinfi zamanla özlərinə asan qazanc yolu qondarmaq üçün belə ənənələri yaşadıblar. Üstəlik bundan pul da alırlar. Bu, dinlə alverdir, ticarətdir. Hələ də Quran, Yasin alveri edən ruhanilər var. Bunlar zəhmətsiz qazanc üçün əhalini aldadaraq ölü üçün Quran oxuyub vəsait alırlar. Əgər kimsə kiminsə ölüsünə dua edir yaxud Quran oxuyursa bu, təmənnasız olmalıdır. Müsəlmanın digər müsəlmanın boynunda olan haqqları var. Kim dua edib, Quran oxuyub pul alırsa bu, dini peşəyə, sənətə çevirmək olur. Amma din isə qazanc peşəsi üçün nazil olmayıb. Əslində isə ölüyə Quran oxutmaq lazım deyil, o eşitmir. Sədəqə vermək, kiməsə yaxşılıq edib niyyət etmək olar ki, onun savabı ölüyə getsin. Mollalar bunu adət salmayıb. Ona görə ki, kiminsə sədəqə verməsi onlara fayda verməz, amma Quran oxutsa onlara fayda verər, çünki pul alarlar. Yəni, ölü üçün davamlı savaba görə bir çox başqa əməllər var. Onları icra etmək daha münasibdir”.
T.İrfan qeyd edib ki, imkanı olan bulaq tikib yol çəksin, sədəqə versin, yaxşılıq etsin, savabını ölmüş ata-babasına tapşırsın. Amma Quran xətm etmək kimi işləri də kim istəsə könüllü olaraq mərhum üçün təmənnasız edə bilər:
“Yoxsa pulla Quran oxumaq kimi oxutmaq da günahdır. Bunu etdirənlər də günahkardır. Çünki dinin alverə çevrilməsində iştirakçı olmuş olurlar. Peyğəmbər dini təbliğ etdiyi, yaxud kiminsə ölüsünə dua etdiyi üçün heç kəsdən məvacib almayıb. Müsəlmanlara da onun özü kimi yaşamağı tövsiyyə edib. İnsanlar özləri, mollasız öz ölülərinin üstündə, məzarında yaxud istənilən yerdə dua edib rəhmət diləməlidir. Hamının ağzı da var, dili də. Quran oxuya bilən də özü oxusun, bilməyən də başqa xeyir işlər görüb onun savabını mərhuma hədiyyə etsin. İstismarçı ruhanilərə rüşvət vermək haramdır. Xüsusən əgər Quranı oxuyub pul alan kəs dini vəzifə daşıyırsa, ayda məvacib alırsa onun camaatdan aldığı pul rüşvət sayılır. Rüşvətxorun da duası əsla qəbul olmaz. Ümumiyyətlə, pulla Quran satan, Yasin alveri edən tacirin duasının qəbul olması da şübhəlidir. Ona görə ki, duanın qəbul olmasının qarşısını alan amillərdən biri də haram işləmək, günahkar olmaqdır. Quran, Yasin satıb Allahın dinini qazanc mənbəyinə çevirən kəs də günahkar və rüşvətxor olduğu üçün elələrinə müraciət etməyə gərək yoxdur. Özünü müsəlman hesab edən kəs bacardığı formada oxusun, dua etsin, sədəqə versin, molla, axund, ruhani sinfindən də uzaq olsun”.
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Quran insanlara düz yol göstərmək üçün nazil olub. Bu kitab oxunub əməl edilmək üçündür.
Onun sözlərinə görə, Quran oxuyarkən əldə edilən savab, sədəqə verildiyi kimi mərhumun ruhuna hədiyyə edilə bilər. Lakin qəbristanlıqda Quran oxuma ənənəsi sonradan formalaşmışdır və bu, bidət hesab olunur.“Yəni bu, Peyğəmbərin (s) ənənəsinə aid deyil. O Həzrət heç kəsin məzarının üstündə Quran oxumamışdır. Qəbir üzərində əsasən dua etmək tövsiyə olunur; orada namaz qılmaq və Quran oxumaq isə olmaz. İstismarçı molla sinfi zamanla özlərinə asan qazanc yolu qondarmaq üçün belə ənənələri yaşadıblar. Üstəlik bundan pul da alırlar. Bu, dinlə alverdir, ticarətdir. Hələ də Quran, Yasin alveri edən ruhanilər var. Bunlar zəhmətsiz qazanc üçün əhalini aldadaraq ölü üçün Quran oxuyub vəsait alırlar. Əgər kimsə kiminsə ölüsünə dua edir yaxud Quran oxuyursa bu, təmənnasız olmalıdır. Müsəlmanın digər müsəlmanın boynunda olan haqqları var. Kim dua edib, Quran oxuyub pul alırsa bu, dini peşəyə, sənətə çevirmək olur. Amma din isə qazanc peşəsi üçün nazil olmayıb. Əslində isə ölüyə Quran oxutmaq lazım deyil, o eşitmir. Sədəqə vermək, kiməsə yaxşılıq edib niyyət etmək olar ki, onun savabı ölüyə getsin. Mollalar bunu adət salmayıb. Ona görə ki, kiminsə sədəqə verməsi onlara fayda verməz, amma Quran oxutsa onlara fayda verər, çünki pul alarlar. Yəni, ölü üçün davamlı savaba görə bir çox başqa əməllər var. Onları icra etmək daha münasibdir”.