Mojo.az Banner
13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |    
Left Banner
Right Banner

AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi

28.04.2026 13:59 1 995
AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi
Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədr mövzusu gündəmə gəlib. Nizamnamənin tələblərinə əsasən qurultayın may ayında keçiriləcəyi bildirilib.

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən rejissor-prodüsser Afaq Yusifli öz namizədinin Həmidə Ömərova olduğunu açıqlayıb.

O bildirib ki, Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katiblərindən biri kimi fəaliyyət göstərir.

Afaq Yusifli Həmidə Ömərovanın peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib:

"Həmidə Ömərova həm Azərbaycan, həm də dünya kino tarixini və onun inkişaf istiqamətlərini dərindən bilir. H. Ömərova sədr seçiləcəyi təqdirdə, Azərbaycan kinosunun inkişafına, xüsusilə gənclərin bu sahəyə cəlb olunmasına və onlar üçün yeni imkanların yaradılmasına töhfə verə bilər".

A. Yusifli qeyd edib ki, H. Ömərova hazırda aktiv şəkildə serial və filmlərdə rol alır və bu səbəbdən mövcud kino bazarının vəziyyətindən yaxşı xəbərdardır. Onun fikrincə, bir çox tanınmış, təcrübəli aktyor və aktrisaların artıq kinoda aktiv olmaması onların sektordakı yeniliklərdən və beynəlxalq proseslərdən müəyyən qədər kənarda qalmasına səbəb olur.

O əlavə edib ki, Həmidə Ömərovanın bu sahədə üstünlüklərindən biri də onun dəstəkləyici xarakterə malik olmasıdır. “Mən Azərbaycanda olduğum müddətdə dəfələrlə Həmidə xanımın gənclərlə, kinematoqrafçılarla səmimi münasibətini müşahidə etmişəm”, – deyə A. Yusifli vurğulayıb.

Sonda A. Yusifli bildirib ki, Həmidə Ömərova ölkənin ən məşhur aktrisalarından biri olsa da, sadəliyi və müasir yanaşması ilə seçilir. H. Ömərova idarəetmədə köhnə sovet stereotiplərinə deyil, müasir dünya standartlarına üstünlük verir və qazandığı hörmət statusundan deyil, davranışı və fəaliyyəti ilə formalaşır.

A. Yusifli hesab edir ki, Həmidə Ömərovanın sədr seçilməsi Azərbaycan kinosunda yeni mərhələnin başlanğıcı ola bilər. O, bunun həm də kino sahəsində qadınların rolunun güclənməsi baxımından əhəmiyyətli addım olacağını vurğulayıb və əlavə edib ki, belə bir seçim Azərbaycan Kinematoqrafçılar İttifaqı üçün yeni və müsbət dəyişikliklərə yol aça bilər.

"Nəzərə alsaq ki, Azərbaycan kinosunun 127 illik tarixi var, bu müddət ərzində qadınlar daha çox aktrisa, qrimyor və ya geyim dizayneri kimi sahələrdə təmsil olunublar. Həmidə Ömərova kimi bir mötəbər şəxsiyyətin mötəbər quruma, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi isə bu ənənəvi çərçivələrin dəyişməsi baxımından əhəmiyyətli addım olar.

Hesab edirəm ki, onun seçilməsi bir ilk kimi qiymətləndirilə bilər. Belə nüfuzlu bir quruma Həmidə Ömərova kimi tanınmış və peşəkar bir qadının rəhbərlik etməsi, eyni zamanda kino sahəsində qadınların rolunun güclənməsinə dəstək verəcək.

Bu baxımdan, mövcud stereotiplərin qırılması və yeni yanaşmaların formalaşması üçün belə bir seçimin vacib olduğunu düşünrəm".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner