Mojo.az Banner
12:59 Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb  |     12:53 Onlayn alış-verişdə vətəndaşlar ən çox hansı problemlərlə üzləşir?  |     12:44 İmişlidə toy yasa qarışdı - 25 yaşlı şəxs ŞADLIQ EVİNDƏ ÖLDÜ  |     12:40 Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT (Yenilənib)  |     12:37 Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəislə bağlı YENİ QƏRAR  |     12:35 Bərdədə "Prius" 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi  |     11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |     11:45 Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA  |     11:40 Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ  |     11:27 Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU  |     11:17 Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI  |     22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |    
Left Banner
Right Banner

Prezident iki quruma yeni səlahiyyətlər verdi

28.04.2026 15:47 1 110
Prezident iki quruma yeni səlahiyyətlər verdi
"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Həmçinin, dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada sözügedən dövlət qurumlarının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi "ASAN Xidmət"in müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və "ASAN Xidmət"in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir. Bu bənddə orqan dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner