Mojo.az Banner
20:39 Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlandı  |     20:33 Mayda 14 gün iş olmayacaq  |     20:25 "Bu, hərbi xidmətə yararsız olması üçün əsas yaratmır" - 3 barmağı olan çağırışçı ilə bağlı açıqlama (FOTO)  |     20:20 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     20:12 Benzin bahalaşacaq? - VİDEO  |     20:05 Ağdaşda yaşlı kişi çayxanada öldü  |     20:04 Səhər idmanı ürəyə faydalı ola bilər - Yeni tədqiqat  |     20:03 Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"  |     19:23 Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  |     19:10 23 yaşlı tiktoker saxlanıldı  |     19:05 Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın  |     17:45 “Space TV”nin daha bir məşhur verilişi bağlandı  |     17:42 Turan Topalova İŞDƏN ÇIXDI  |     17:39 Putin Əraqçi ilə görüşdü  |     17:23 Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ  |     17:09 Bu yolda sürət həddi endirildi  |     17:09 Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏB  |     16:49 Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU  |     16:48 Məzahir Pənahov yenidən MSK sədri seçildi  |     16:12 Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ  |    
Left Banner
Right Banner

Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın

27.04.2026 19:05 348
Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın
Adətən çiyələk yaz-yay mövsümündə istehlak olunan meyvələrdən biri hesab olunur. Lakin artıq aprel ayından etibarən bazar və mağaza piştaxtalarında iri ölçülü çiyələklərə rast gəlmək mümkündür. Görünüş etibarilə cəlbedici olan bu məhsulların eyni ölçü və formaya malik olması isə istehlakçılarda müəyyən suallar doğurur. Məlumdur ki, təbii çiyələk adətən daha xırda ölçülü və ətirli olur.

Bəs mövsümündən əvvəl satışa çıxarılan bu çiyələklər orqanizm üçün təhlükə yarada bilərmi? Ümumiyyətlə, mövsümündən kənar istehlak edilən çiyələk sağlamlıq baxımından risklidirmi? İstehlakçılar təbii çiyələyi dərmanlı və ya süni üsullarla yetişdirilən məhsullardan ayırd etmək üçün hansı məqamlara diqqət yetirməlidir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov bildirib ki, çiyələk həqiqətən də əsasən yaz–yay mövsümünün məhsuludur.

Fərid Səfərovun sözlərinə görə, aprel ayından bazarda gördüyümüz iri və "ideal görünüşlü" çiyələklər isə çox vaxt istixana şəraitində yetişdirilən, erkən məhsullardır.

Mövsümdən kənar çiyələyin zərərlərinə toxunan mütəxəsis əlavə edib:

"Mövsümdən əvvəl yetişdirilən çiyələklərdə əsas risklər bunlardır:
Pestisid və gübrə qalıqları daha yüksək ola bilər.
Dad və qida dəyəri təbii mövsüm məhsuluna nisbətən aşağı olur.
Uzun müddət saxlamaq üçün kimyəvi işlənmə ehtimalı çoxdur.

"Yəni belə çiyələklər birbaşa zəhər deyil, amma tez-tez və çox miqdarda istehlak edildikdə, risk yarada bilər. Xüsusilə uşaqlar, hamilələr və həssas şəxslər daha diqqətli olmalıdır", — deyə Səfərov qeyd edib.

Təbii çiyələk barədə vətəndaşları məlumatlandıran Fərid Səfərov vurğulayıb:

"Bu tam doğru deyil. Sortdan asılı olaraq iri çiyələk də təbii ola bilər. Amma təbii çiyələk adətən tam eyni ölçüdə olmur, ətri güclü olur, dadı daha balanslı (şirin-turş) olur, eyni ölçülü, çox parlaq və "plastik kimi" görünən çiyələklər isə daha çox intensiv yetişdirilmənin göstəricisi sayıla bilər".

Təbii və "süni-dərmanlı" çiyələyi ayırd etməyin yollarından danışan mütəxəsis deyib:

"Təbii çiyələk müxtəlif ölçülü, bəzən qeyri-bərabər formalı olur. Hamısı eyni ölçüdə, həddindən artıq iri və parlaqdırsa, "sünidir".
Təbii çiyələyin içi ilə çölü arasında rəng fərqi ola bilər, tam qıpqırmızı və "ideal" rəng isə şübhəlidir. Təbii çiyələyin uzaqdan belə hiss olunan güclü ətiri var. Kimyəvi yetişdirilmiş çiyələk demək olar ki, qoxusuzdur. Təbii çiyələk şirin və yüngül turş dadlı olur. Şübhəli çiyələk ya çox şirin, ya da dadsızdır.
Təbii çiyələk tez xarab olur. Kimyəvi işlənmiş olanlar daha uzun müddət təzə qalır.

Mütəxəssis sonda istehlak prosesinə də xüsusi diqqət yetirib:

"Çiyələyi mütləq bol su ilə yaxşı yuyun. İmkan varsa, duzlu və ya sirkəli suda 10-15 dəqiqə saxlayın. Mövsümündə (may–iyun) almağa üstünlük verin. Yerli, etibarlı satıcılardan alın. Mövsümdənkənar çiyələk tam qadağan deyil, amma risk–fayda balansı zəifdir. Ən sağlam seçim – mövsümündə, təbii yetişmiş, ətirli çiyələyi seçməkdir".


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner