Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

33 il sonra Kəlbəcərin ilk məzunu

12.06.2026 22:44 378
33 il sonra Kəlbəcərin ilk məzunu
13 iyun ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün" Son zəng" çalınacaq. 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olacaq.

Median.Az
"Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, ilk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir. Məzunumuz deyir ki, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir.

"Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Səhər məktəbli adından, şagird adından ayrılıram".

Nəzrin cəmi 1 il burada təhsil alıb. Ancaq bu bu bir ildə doğma yurdda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşadığını bildirir.

Son xəbərlər