Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı

12.06.2026 22:05 426
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
Türkiyənin 32 vilayətində qanunsuz mərc oyunlarının təşkilinə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 116 şübhəli saxlanılıb.

Bu barədə DHA agentliyi məlumat yayıb.

Müəyyən edilib ki, şübhəlilərin idarə etdiyi qanunsuz mərc saytlarında son 10 il ərzində tranzaksiya həcmi təxminən 40 milyard lirəyə çatıb.

"Qanunsuz mərc oyunlarının təşkili" və "cinayət törətmək məqsədilə mütəşəkkil cinayətkar dəstə yaratmaq və ona üzv olmaq" maddələri üzrə 18 ay davam edən texniki və fiziki müşahidə tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı 2016-2026-cı illər ərzində internet üzərindən qanunsuz mərc oyunlarının təşkilinə şərait yaradan iki mərc saytı müəyyən edilib. Həmçinin həmin platformalar vasitəsilə fəaliyyət göstərən şəxslərin cinayətkar şəbəkə qurduqları və qanunsuz mərc fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb.

Toplanmış sübutlar əsasında 32 vilayətdə ümumilikdə 140 şübhəlinin saxlanılması üçün eyni vaxtda sinxron əməliyyat keçirilib. Əməliyyat nəticəsində 116 nəfər saxlanılıb.

Bildirilib ki, şübhəlilərdən 12 nəfər xaricdədir, digər 12 nəfərin isə saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Şübhəlilərin yaşadıqları və fəaliyyət göstərdikləri ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal avadanlıq, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan külli miqdarda pul vəsaiti aşkar edilərək müsadirə olunub.

Son xəbərlər