Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

"Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

25.04.2026 16:31 501
Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.

Bu barədə klubların sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Bildirilib ki, futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir:

"Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Qarabağ" və "Neftçi" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhvali-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!"

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da start götürəcək.

Son xəbərlər