Mojo.az Banner
15:47 Bakı metrosu yay qrafikinə keçir  |     15:27 Ermənistan ordusunun zabiti təlim zamanı öldü  |     15:17 "Carlo Pazolini Azərbaycan"ın rəhbərinə "stop" qoyuldu  |     15:09 Paşinyan 300 min azərbaycanlı ilə bağlı iddiaya görə partiyanı məhkəməyə verdi  |     14:41 Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək  |     14:22 Qubada hoteldə meyit tapıldı  |     14:02 Məhərrəm ayı ilə bağlı FƏTVA VERİLDİ  |     13:41 Baş Prokurorluq: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək məsuliyyət yaradır  |     13:27 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video  |     13:25 Apple iOS 27-ni təqdim etdi: iPhone 11 və sonrakı modellər dəstəklənəcək  |     12:42 "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU  |     12:37 6 gün leysan olacaq - XƏBƏRDARLIQ  |     12:30 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     12:29 Rusiyada güclü zəlzələ oldu  |     12:27 Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı  |     12:27 Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq  |     12:25 Azərbaycan nefti BAHALAŞDI  |     12:23 Zakir Həsənov Pakistana başsağlığı verib  |     12:22 Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi  |     12:15 Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq  |    
Left Banner
Right Banner

Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı

21.04.2026 22:10 384
Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

Eyni zamanda, 2024-cü ildə Fondun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.

Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.скачать dle 11.3
Mojo.az Banner