Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Trampın rüsumları ilə bağlı şok qərar: 3 000-dən çox şirkət kompensasiya gözləyir

21.04.2026 11:54 756
Trampın rüsumları ilə bağlı şok qərar: 3 000-dən çox şirkət kompensasiya gözləyir
ABŞ Prezidenti Donald Trampın Administrasiyası aprelin 20-dən etibarən ABŞ şirkətlərinin ödədiyi 166 milyard dollardan çox idxal rüsumunun geri qaytarılması ilə bağlı müraciətləri qəbul etməyə başlayacaq.

Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

"FedEx" və "Costco" kimi nəhənglər də daxil olmaqla, 3 000-dən çox şirkət vəsaitlərin geri alınması tələbi ilə məhkəməyə müraciət edib. Qeyd olunur ki, yalnız rüsumları rəsmi şəkildə ödəmiş şirkətlər kompensasiya almaq hüququna malik olacaqlar.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi milli fövqəladə hallar üçün nəzərdə tutulan federal qanun əsasında Donald Tramp tərəfindən tətbiq edilmiş rüsumların əksəriyyətini qanunsuz elan edib. Qərar tariflər səbəbindən zərər çəkmiş şirkətlərin iddiası əsasında qəbul olunub.

Donald Tramp bu qərarı "rüsvayçılıq" adlandırıb və buna cavab olaraq bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən rüsumları 10%-dən 15%-ə qaldırıb.

Tramp dəfələrlə "fövqəladə tarifləri" xarici şirkətlərin ödəyəcəyini bəyan etsə də, Nyu-York Federal Ehtiyat Bankının hesablamalarına görə, ötən ilin ilk səkkiz ayında xarici şirkətlər bu əlavə rüsumların cəmi 6%-ni ödəyiblər.

Son xəbərlər