Mojo.az Banner
22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |    
Left Banner
Right Banner

Tramp bəzi ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırıb

09.04.2025 22:35 765
Tramp bəzi ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırıb
ABŞ-ın bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.

Apa xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında açıqlayıb.

Tramp qeyd edib ki, 75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək üçün ABŞ nümayəndələrinə müraciət edib.

Bu dövlətlər, ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər. Tramp bildirib ki, məhz buna görə də bu dövr üçün 90 günlük fasilə və cavab rüsumlarının əhəmiyyətli dərəcədə aşağı səviyyədə, yəni 10% təşkil edəcək şəkildə tətbiq olunması barədə əmr verib.

Ağ Ev rəhbəri həmçinin qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner