Mojo.az Banner
21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |     20:29 Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər  |     20:21 Bakının hansı rayonunda daha çox insan yaşayır?  |     20:16 İsrail Britaniya konsulluğunu bağlayır  |     20:10 Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA  |     20:02 Azərbaycanda ən az ONLAR QAZANIR  |     19:57 “Google”-dan təcili xəbərdarlıq  |     19:49 Bakıda yayılan bu görüntülər təəccüb doğurdu – Yeni binalarda nə baş verir?  |     19:43 “ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət  |     19:35 Sabah Zərdabda su kəsiləcək  |     19:30 Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO  |    
Left Banner
Right Banner

Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR

16.04.2026 18:38 738
Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, ƏƏSMN-in tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.

Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) "Tələbə-Məzun" informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin olunur.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim olunmasına ehtiyac qalmır.

Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11.5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.скачать dle 11.3
Mojo.az Banner