Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq

16.04.2026 18:17 423
Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq
"Paytaxtda işgüzarlıq səviyyəsi yüksək olan, böyük biznes mərkəzləri olan ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. Premium seqmentdə kirayə qiymətləri ortalama olaraq 2500-3500 manat arasında dəyişir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, Mərkəzi Bankın hesablamalarına görə, hazırda ortalama kirayə qiyməti 1002 manatdır:

"Bu o demək deyil ki, ondan aşağı və ya yuxarı qiymətə kirayə mənzil yoxdur. Qeyd olunan rəqəm təqribən 250-300 min manatlıq 2 otaqlı mənzili özündə ehtiva edir. Hazırda paytaxtın mərkəz rayonlarında artım sürəti yüksəkdir. Orta tipli seqmentə aid rayonlarda kirayə qiymətləri stabil olaraq təqribən 600-800 manat arasında dəyişir. Xəzər, Pirallahı və Qaradağ rayonunda isə kirayə qiymətləri 300-450 manat arsasında dəyişir. İl boyu kirayə mənzil qiymətlərində artım gözlənilir. Bu həm də beynəlxalq proseslərlə bağlıdır. Ətrafımızda müharibələr, münaqişələr cərəyan edir. Ölkəmizə gələnlərin sayında dəyişiklik var. Həmçinin, qarşıda mövsümü bahalaşma dövrü var. Bu, 50 min abituriyentin tələbə adı qazanması ilə bağlıdır. Bu, iyul ayından başlayaraq kirayə mənzil bazarında qiymətə ciddi təsir göstərəcək. Düşünürük ki, bu il kirayə seqmenti digər satış seqmentindən daha çox təsirlənəcək və daha çox artıma məruz qalacaq".

Son xəbərlər