Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Kirayə evlər bahalaşacaq – Bu tarixdən

02.08.2024 16:28 1 116
Kirayə evlər bahalaşacaq – Bu tarixdən
Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə oluğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.

Belə olan halda kirayə qiymətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, hazırda kirayə evlərin qiymətləri stabildir:

"Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib”.

Evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq.

"Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır”, - deyə müsahibimiz bildirib.

Ramil Qasımzadə COP29-un kirayə qiymətlərinə təsiri barəsində də öz münasibətini bildirib:

"COP29 zamanı isə otellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək”.

Son xəbərlər