Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni parçalar immun sistemini poza bilər

16.04.2026 15:38 873
Süni parçalar immun sistemini poza bilər
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.

Tibb mütəxəssisi Olqa Ulankina "İzvestiya" nəşrinə müsahibəsində bu problemin gizli təhlükələrindən danışıb.

Ekspertin bildirdiyinə görə, mikroplastiklər süni parçaların aşınması nəticəsində yaranan və ölçüsü 5 millimetrdən kiçik olan plastik zərrəciklərdir. Bu zərrəciklər bədənə ən çox tənəffüs yolu ilə daxil olsa da, qidaların üzərinə çökərək həzm sisteminə də keçə bilir.

"Mikroplastiklərin ən böyük mənbələrindən biri flis (fleece) materialından hazırlanan sviterlərdir. Tamamilə süni və poliester tərkibli olan bu parçadan, xüsusən də yuyulma zamanı gözlə görülməyən mikroskopik tellər qoparaq suya və havaya qarışır", - deyə mütəxəssis vurğulayıb.

Ekspert qeyd edib ki, mikroplastiklərə təkcə flisdə deyil, həmçinin neylon, elastan, akril və poliester tərkibli idman geyimlərində və ev tekstili məhsullarında da rast gəlinir. Onun sözlərinə görə, mikroplastiklərlə təması tamamilə kəsmək mümkün olmasa da, zərərin dərəcəsini azaltmaq olar:

"Mikroplastiklər hüceyrələri zədələyə, iltihab yarada və immun sisteminin işini poza bilər. Lakin onların konkret xəstəliklər yaratması barədə dəqiq sübutlar hələ tapılmayıb, bu mövzu hazırda tədqiqat mərhələsindədir".

O.Ulankina süni tərkibli paltarları daha az yumağı, paltaryuyan maşınlarda həssas rejimlərdən və xüsusi filtrlərdən istifadə etməyi, habelə imkan daxilində təbii materiallardan (pambıq, kətan və s.) tikilmiş geyimlərə üstünlük verməyi məsləhət görüb.

Son xəbərlər