Mojo.az Banner
23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA

15.04.2026 15:27 1 053
Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA
Bibiheybət yolunda aparılan təmir-bərpa işləri ilə bağlı yaranan vəziyyət narazılığa səbəb olub.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əvvəlcədən verilən məlumata əsasən, qeyd olunan ərazidə yol 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək tam bağlanmalı idi. Lakin göstərilən tarix başa çatsa da, 72, 125, 149, 205 və E1 nömrəli marşrut xətlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Paylaşımda vurğulanır ki, yaranmış vəziyyət ərazidə yaşayan sakinlərin gündəlik həyatına ciddi təsir göstərib. Belə ki, vətəndaşlar məktəbə, universitetə və işə getməkdə çətinliklərlə üzləşiblər.

"Təmir işlərinin iş günlərinə təsadüf etməsi də suallar doğurur. Belə məhdudiyyətlərin həftəsonuna planlaşdırılması həm nəqliyyat sıxlığını azalda, həm də vətəndaşların gündəlik həyatına təsiri minimuma endirə bilər" - paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AAYDA-dan bildirilib ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10-12 saatlıq gecikmə yaranıb.

Qurumdan verilən məlumata görə, hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işləri tamamlanacaq, yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq:

"Təmir prosesi maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilib. Belə ki, problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin olunaraq işlər paralel şəkildə icra edilib. Yalnız son mərhələdə təhlükəsizlik tələbləri və texnikanın sərbəst hərəkət imkanlarının təmin olunması məqsədilə yolda qısamüddətli məhdudiyyət qoyulub".

Açıqlamada o da vurğulanıb ki, bu müdaxilə əvvəlcədən planlaşdırılmış təmir işi olmayıb:

"Ərazidə yaranmış deformasiya səbəbindən operativ və təcili tədbirlərin görülməsi zəruri olub. Əvvəlcədən planlaşdırılan digər təmir işləri vətəndaşların rahatlığını təmin etmək məqsədilə əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir".скачать dle 11.3
Mojo.az Banner