Mojo.az Banner
18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

13.04.2026 15:43 894
Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən "Adilbərəkət" MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində "təbii inək südündən" istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq, üzərində "İsmayıllı şor" ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır.

Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziyaya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.

Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda, nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
скачать dle 11.3
Mojo.az Banner