Mojo.az Banner
21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |    
Left Banner
Right Banner

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndi

10.04.2026 16:34 852
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndi
Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sazişə əsasən iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Qeyd olunur ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.

Sənədə əsasən, tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar. Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanından keçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə ilə müraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi, sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi, bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruri məlumatların ötürülməsi, fikir ayrılıqlarının həllini və sair məsələləri tənzimləyir.

Layihə müzakirə olunduqdan sonra bir oxunuşda qəbul olunub.скачать dle 11.3
Mojo.az Banner