Mojo.az — elanlar
Son Xəbərlər
12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?

07.04.2026 22:49 1 053
Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?
Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.

Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə iddia edirlər ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.

Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.

Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.

Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.

Lakin Azərbaycan Dövlət Turizm Agentliyi kütləvi ixtisarlarla bağlı xəbəri təkzib edib: "Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur".

Son xəbərlər