Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)

02.04.2026 22:55 738
Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)
2026-cı il Dünya çempionatı ABŞ, Meksika və Kanadanın ev sahibliyində keçiriləcək.

Qaynarinfo xəbər verir ki, turnirdə 48 komanda iştirak edəcəyi dəqiqləşsə də, seçmə mərhələlərdə uğursuz olan bəzi ölkələr səbəbilə bir sıra ulduz futbolçular mundialda yer ala bilməyəcək.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Nigeriyanın Dünya Kubokuna vəsiqə qazana bilməməsi səbəbindən turniri buraxacaq. Afrika seçmə mərhələsində və pley-off oyunlarında uğursuz nəticələr alan Nigeriya Demokratik Konqo Respublikası ilə penaltilər seriyasında məğlub olaraq mundial şansını itirib. 27 yaşlı forvard bu mövsüm "Qalatasaray”da Çempionlar Liqası və Super Liqa daxil olmaqla 29 oyunda 19 qol vurub.

Robert Levandovski (Bavariya) də 2026 Dünya Kubokunda olmayacaq adlar arasındadır. Polşa yığması pley-off finalında İsveçə 2:3 hesabı ilə məğlub olaraq turnirə vəsiqə qazana bilməyib. 37 yaşlı hücumçu karyerasında Polşa millisinin heyətində 89 qol vurub və bu, onun son Dünya Kuboku şanslarından biri kimi qiymətləndirilirdi.

Qapıçı Canluici Donnarumma (PSJ) İtaliyanın uğursuz seçmə mərhələsi səbəbilə turnirdə iştirak etməyəcək. Avropa çempionluğundan sonra yüksək səviyyəli karyera davam etsə də, İtaliya növbəti dəfə mundialdan kənarda qalıb.

Dominik Szoboszlai (Liverpul) Macarıstan millisinin seçmə mərhələdə kifayət qədər nəticə göstərə bilməməsi səbəbilə Dünya Kubokunu buraxacaq.

Xviça Kvaratsxeliya (PSJ) Gürcüstanın zəif seçmə mərhələ performansı nəticəsində turnirdə olmayacaq. Gürcüstan qrupda cəmi 3 xal toplayaraq mübarizəni erkən dayandırıb.

Serhu Quirassi (BOrusiiya Dortmund) Qvineyanın Afrika seçmə mərhələsinin ilk mərhələsində mübarizədən kənar qalması səbəbilə Dünya Kubokuna gedə bilməyəcək.

Turniri buraxacaq digər tanınmış futbolçular arasında həmçinin Jan Oblak (Atletiko Madrid, Sloveniya), Ademola Lukman (Atletiko Madrid, Nigeriya) Miloş Kerkez (Liverpul, Macarıstan), Nikola Milenkoviç (Nottingem Forest, Serbiya), Villi Orban (Leytspiq, Macarıstan), Ola Aina (Nottingem Forest, Nigeriya), Sandro Tonali (Nyukasl, İtaliya), Nikolo Barella (İnter, İtaliya), Bryan Mbeumo (Mançester Yunayted, Kamerun) və başqaları da yer alır.

Son xəbərlər