Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR

02.04.2026 12:17 387
Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR
Həyat yoldaşına işgəncə verməkdə təqsirləndirilən Əkrəm Yaqublunun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Müttəhimə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunmuş amnistiyanın müvafiq bəndi tətbiq edilməklə 1 il 2 ay 10 gün cəza müəyyən olunub.

İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublunu (ad-soyadı şərtidir - red.) 2017-ci ilin əvvəllərindən etibarən aralarında şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq bəhanələri ilə yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb, ona psixi və fiziki işgəncələr verib.

Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyüb, söyüb, şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində kiçik ölçülü qayçı ilə qəsdən Mətanətin boğaz nahiyəsindən vurub. Qadın canını qurtarmaq üçün balkona çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balışı üzünə dirəyib, qəsdən nəfəs almasını çətinləşdirib.

Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona təyin edilmiş cəza yüngülləşdirilərək 2 ilə endirilib.

Qeyd edək ki, onların birgə nikahdan 2 övladı var.

Son xəbərlər