Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü

19.03.2024 11:40 1 737
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
Ali Məhkəmədə özünü öldürməyə cəhd həddinə çatdırmada və əzab vermədə təqsirləndirilən R.Mahmudovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, zərərçəkmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, zərərçəkmiş şəxsin ərizəsi təmin edilib, şikayət geri götürülüb.

İttihama görə, R.Mahmudov 2014-cü ildən 2019-cu ilin sonunadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda hamilə vəziyyətdə olan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına - S.S.-ə (şərti) qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırıb və işgəncə verib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Mahmudova şərti cəza verilib. Hökmdən narazı qalan S.S. apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.скачать dle 11.3
Mojo.az Banner