Mojo.az Banner
15:35 Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi  |     15:31 Hindistan Prezidenti İlham Əliyevi təbrik etdi  |     15:23 Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA  |     13:55 Qazaxıstanda təyyarə qəzaya uğradı: Ölən var  |     13:19 Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı  |     13:08 Bakıda hava dəyişir – Güclü külək və temperatur enişi gəlir  |     13:06 Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər  |     13:03 Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO  |     12:56 Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO  |     12:54 WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB  |     12:52 Azərbaycan nefti ucuzlaşıb  |     12:48 Azərbaycanda aktrisa VƏFAT ETDİ - FOTO  |     12:46 İsrail səfirliyi xalqımızı təbrik etdi - FOTO  |     12:39 Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb  |     12:37 Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?  |     12:34 Sahibkarlara ŞAD XƏBƏR - Nazir AÇIQLADI - VİDEO  |     12:12 Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)  |     12:01 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi  |     11:42 Hacıqabulda oğurluq edən iki nəfər HƏBS EDİLDİ  |     11:38 Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI  |    
Left Banner
Right Banner

Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı

31.03.2026 12:52 669
Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Martın 30-da saat 16 radələrində 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanov idarə etdiyi VAZ-2101 markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində əks yolla hərəkətdə olan, 1977-ci il təvəllüdlü Samir Samid oğlu Yusifovun idarə etdiyi "Mercedes-Benz E-240" markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2101 markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Ülfət İsrafil oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Elvin İsmayıl oğlu Qurbanov və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov, 2009-cu il təvəllüdlü Loğman Natiq oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Səməd Yusif oğlu İbrahimov, "Mercedes-Benz E-240" markalı avtomobildə olmuş sərnişin 1976-cı il təvəllüdlü Natəvan Rəsul qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner