Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü

30.03.2026 20:21 465
Avropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü
Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və "EUROPOL" ("AVROPOL" - Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı "Avropanın Pablo Eskobarı" kimi tanınan "Baybaşin" cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.

Bu barədə Median.Az "TRT Haber" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, "Baybaşinlər" kimi tanınan və bütün Avropada qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilata qarşı 6 ölkəni əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.

Əldə edilən məlumata əsasən, əməliyyata İtaliya, Polşa, Fransa, Birləşmiş Krallıq və İsveçrənin hüquq-mühafizə orqanları dəstək verib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən yaxından izlənilən proses çərçivəsində cinayət təşkilatının Avropadakı siqaret qaçaqmalçılığı şəbəkəsi və cinayətdən əldə edilən gəlirlərinin izinə düşülüb.

Nəticədə cinayətkar şəbəkənin maliyyə xəritəsi çıxarılıb. Araşdırmalar zamanı təşkilatın lideri Hasan Ferhat Baybaşin və təşkilatın meneceri Çağdaş Duranın siqaret qaçaqmalçılığından əldə etdikləri külli miqdarda qanunsuz gəlirləri Türkiyədə yuduqları müəyyən edilib. Cinayətdən əldə edilən pulların Diyarbəkirdə fəaliyyət göstərən iki şirkət və Aydın əyalətindəki lüks daşınmaz əmlak investisiyaları vasitəsilə leqallaşdırıldığı aşkar olunub.

Araşdırma çərçivəsində hərəkətə keçən təhlükəsizlik qüvvələri əməliyyatın maliyyə qoluna ciddi zərbə vurub. Məhkəmə qərarı ilə 9 şübhəlinin Diyarbəkirdəki şirkət səhmləri, Aydın əyalətindəki bütün daşınmaz əmlakları və nəqliyyat vasitələri, bank hesablarındakı bütün depozitləri, həmçinin kripto aktiv xidməti təminatçıları ilə bağlı hüquqları və debitor borcları müsadirə edilib.

Son xəbərlər