Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR |
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq cinayətkar aləmdə tanınmış "Cəhənnəm Necati" ilə bağlı maraqlı qərar

08.11.2025 18:50 606
Beynəlxalq cinayətkar aləmdə tanınmış
Türkiyənin İzmir şəhərində saxlanılan və beynəlxalq cinayətkar aləmdə "Köln atası" və "Cəhənnəm Necati" ləqəbləri ilə tanınan Coşkun Necati Arabacı (53 yaş) ilə bağlı maraqlı hüquqi proses başa çatıb.

Bu barədə Median.Az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, İzmir Birinci İnstansiya Cinayət Məhkəməsinin verdiyi azadlığa buraxılma qərarından sonra İzmir Baş Prokurorluğunun etirazı nəticəsində yenidən həbs qərarı çıxarılıb.

Bildirilir ki, "Cəhənnəm mələkləri" cinayətkar təşkilatının lideri olduğu iddia edilən Coşkun Necati Arabacı oktyabrın 7-də İzmir Menderes Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İnterpol tərəfindən də təhlükəli cinayətkar təşkilat kimi tanınan "Cəhənnəm mələkləri" üzvlərinin çirkli pulların yuyulması, xərac toplamaq, narkotik və silah qaçaqmalçılığı da daxil olmaqla, çoxsaylı qanundankənar fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilib. Arabacı İzmir Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsindəki prosedurlardan sonra oktyabrın 8-də məhkəməyə göndərilib və məhkəmə tərəfindən həbs edilib.

Qeyd edək ki, İzmir 26-cı Birinci İnstansiya Cinayət Məhkəməsi gözlənilməz bir qərarla Arabacının "cinayət törətmək məqsədilə təşkilat yaratmaq" və "ağır hallarla soyğunçuluq" ittihamları üzrə ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılması hökmünü verib. Lakin İzmir Baş Prokurorluğu bu qərara tez bir zamanda etiraz edib və bundan sonra 1-ci Ağır Cinayət Məhkəməsi azadlığa buraxılma qərarını ləğv edərək, Arabacının yenidən həbs olunmasına qərar verib.

Son xəbərlər