Mojo.az Banner
SON DƏQİQƏ
21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyərti bazarında gizli manipulyasiya iddiası - Video

27.03.2026 19:09 390
Göyərti bazarında gizli manipulyasiya iddiası - Video
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, videonu izləyənlər bildirirlər ki, rayonlarda bir dəstəsi 25 qəpiyə satılan göyərti ovuca sığmır, Bakıda isə eyni qiymətə satılan dəstədə cəmi bir neçə sap qalır.

Məsələni araşdırmaq üçün əvvəlcə təsərrüfat sahibləri ilə həmsöhbət olunub. Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən göyərti təsərrüfatı sahibləri bildirirlər ki, alverçilər kəndlinin satdığı göyərti dəstələrindən bir hissəni çıxararaq daha baha qiymətə satırlar.

Təsərrüfatçılar qeyd edirlər ki, min bir zəhmətlə yetişdirdikləri məhsulları yerli bazarlarda istədikləri qiymətə sata bilmirlər. Bazara çıxarılan məhsulun qiymətini isə alverçilər müəyyən edir.

Paytaxt bazarlarında göyərti satanlar isə bu iddiaları inkar edirlər. Onların sözlərinə görə, məhsulu rayonlardan necə alırlarsa, elə də satışa çıxarırlar.

Satıcılar "belə şey yoxdur" desələr də, müşahidələr fərqli mənzərəni ortaya qoyur. Rayondakı göyərti dəstələri ilə Bakıdakı dəstələr ölçü baxımından xeyli fərqlənir. Bu isə sadə fərq deyil, istehlakçının aldadılması və şəffaflığın pozulması kimi qiymətləndirilir.скачать dle 11.3

Son xəbərlər