Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayramdan sonra bazarda qıtlıq yaşanır: Bəzi məhsullar 2 dəfə bahalaşdı -REPORTAJ, FOTOLAR

22.03.2018 18:55 2 738
Bayramdan sonra bazarda qıtlıq yaşanır: Bəzi məhsullar 2 dəfə bahalaşdı -REPORTAJ, FOTOLAR
Novruz bayramından sonra bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qıtlığı yaranıb və qiymətlər kəskin artıb.

Musavat.com-un müxbiri “8-ci kilometr bazarı”na baş çəkib, bahalaşmanın səbəblərini öyrənib.

Bazarda xiyar-pomidorun da qiymətində kəskin bahalaşma müşahidə etdik. Bayramdan öncə 3-4 manata təklif olunan məhsullar bu gün 5-7 manata satılır.

Hazırda xiyarın 1 kq-ı 8-12, bayramdan öncə 70 qəpiyə olan alma 1.50-2 manata qalxıb.

Satıcılar bahalaşmanın səbəblərini belə izah etdilər: “Bayramdan sonra bazara demək olar ki, topdan mal gətirilmir. Bu səbəbdən də kimin əlində nə məhsul qalıbsa, bazara çıxarıblar. Qıtlıq yarandığından qiymətlər də bahalaşıb. Alverçilərin başı bayrama qarışıb, istirahətə çəkiliblər. Gördüyünüz kimi, piştaxtaların çoxu boşdur. Bu səbəbdən də xiyar, pomidor, göyərti məhsulları kəskin bahalaşıb. Hazırda bazarda bu məhsullara tələbat həddindən artıq çoxdur. Güman edirik ki, bazarda qıtlıq hələ iki gün də davam edəcək. Artıq Bakı bazarlarında məhsul qıtlığı yarandığını eşidən alverçilər rayonlarda mal yığırlar. Sabah, ya da biri gün həmin məhsullar bazara gətiriləcək və qiymətlər stabilləşəcək”.

Bazarda müşahidələrimiz zamanı maraqlı mənzərənin də şahidi olduq. Cəmi iki yerdə göyərti satışı həyata keçirildiyindən piştaxtaların başına onlarla alıcı toplanıb və aralarında mübahisələr yaşanır. Əvvəllər 10 dəstəsi 1 manata təklif olunan göyərtinin indi bir bağlaması 20 qəpiyə təklif edilir. Tərxunun bir dəstəsi 80 qəpik -1 manata təklif edilir.

Qiymətlərin bu qədər fantastik bahalaşması bazara gələn müştəriləri də təccübləndirir. Alıcı Rəfiqə Məmmədova bazardakı bahalaşmadan gileyləndi: “Novruz bayramı öncəsi bahalaşmanı başa düşdük, bəs indiki qiymət artımı nə deməkdir? İndi vəziyyət əksinədir. Novruzdan sonra qoz-fındıq ucuzlaşıb, meyvə-tərəvəz bahalaşıb. Bir saatdır ki, bazardayam, hələ qiymətlərlə maraqlanıram. Sanki bütün satıcılar sözləşib, məhsullara standart qiymət qoyublar. 8 manata xiyar, 7 manata pomidor olar? Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat olub. Hansı satıcıya bunun səbəbini soruşuramsa cavab verir ki, topdan baha satıldığını deyirik”.

Kartof, soğan, kök, kələm, turp və digər bu kimi tərəvəzlərin qiyməti sabit qalıb.

Qeyd edək ki, Novruz bayramı artıq geridə qaldığından qoz-fındıq, quru meyvələr və digər bayramlıq məhsullar ucuzlaşıb. Satıcılar bayram ərəfəsində aldıqları malları satıb bitirə bilmədiyindən qiymətlərə endirim ediblər.
























скачать dle 11.3

Son xəbərlər