Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı |
Mojo.az Avto
Mojo.az Avto

Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri - REPORTAJ - FOTO

06.06.2019 19:42 2 591
Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri - REPORTAJ - FOTO
Sosial şəbəkələrdə bir neçə gündür ki, mövsümü meyvələrin baha olmasından şikayətlər yazılır. Vətəndaşlar bildirirlər ki, bazarlarda meyvə qıtlığı yaşanır, qiymətlər isə bahadır.

Median.Az
bildirir ki, musavat.com-un əməkdaşı 8-ci kilometr bazarının meyvə satılan hissəsində və mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Müşahidə etdik ki, doğrudan da bazarda mövsümü meyvələr qıtlıq təşkil edir. Qiymətlər baha olduğu üçün, demək olar ki, alıcı qıtlığı da yaşanırdı.

Hazırda bazarda göyçənin 1 kiloqramı 3 manata satılır. İnsanlar elə ən çox bu meyvəni almağa üstünlük verirdilər. Gilas isə növündən asılı olaraq 2.5-5 manatadır.

Əriyə bazarda bir o qədər də rast gəlmək mümkün deyil. Qiymətlər də fərqlidir.

Belə ki, nisbətən kal və xırda əriklər 3.5 manata, iri, yetişmiş əriklər isə 6 manata satılır. Vişnənin kiloqramı 2.5 manatdır. Alma da növündən asılı olaraq 2-5 manata satılır. Armuda demək olar ki, bazarda rast gəlmək mümkün deyil. Soraqlayıb tapdığımız armudun kiloqramının 6 manat olduğunu öyrəndik. Ağ tutun kiloqramı 3 manat, qara tut isə 5 manatadır. Banan 2 manat 30 qəpikdir.

Tərəvəzlərə gəlincə, bazarda pomidorun kiloqramı 50 qəpik, xiyar 40 qəpiyədir. Badımcan isə 1 manata satılır. Bazarda pomidorun və xiyarın 3-5 kilosunun 1 manata satıldığı yerləri də tapmaq mümkündür.

İri mağazalarda isə hər cür meyvəyə rast gəlinir. Mağazalarda da qiymətlər ucuz deyil.

Belə ki, mağazada gilas 7 manata, çiyələk 2.5 manata, göyçə 5 manata, armud 3 manat 50 qəpiyə, alma 2 manata və daha baha qiymətə satılır. Eləcə də mağazalarda bananın kiloqramı 2 manat 35 qəpiyə, vişnə 2 manat 50 qəpiyədir. Mağazada şaftalı 12 manata, ərik isə 6 manatadır.

Ümumilikdə qeyd edə bilərik ki, mağazalarla bazar arasında meyvələrin qiyməti kəskin fərqlənmir.

Bəs nə üçün belə bahalıqdır?

Bu sualla satıcılara müraciət etdik. Bildirdilər ki, əsas səbəblərdən biri hava şəraitidir: "Aprel ayında dolu düşdü, təsərrüfatları pis günə qoydu. Eləcə də may ayında da hava çox pis keçdi. Nəticədə qıtlıq yaranıb. Ancaq bir müddət sonra bu qıtlıq aradan qalxacaq, qiymətlər ucuzlaşacaq. İllərdir ki, havaların soyuq keçdiyi zamanlarda bazarda bu cür hal yaranır. Çünki kəndli mal tapa bilmir, alıcı da malsız qalır".

Ekspertlər də bildirirlər ki, bu ilin aprel ayı, mayın ilk yarısı havanın son dərəcə qeyri-stabilliyi ilə seçilərək, kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb.

Dağ və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub. Aprel ayında yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Mayın 13-də isə bəzi dağlıq rayonlara, xüsusilə Xaçmaza dolu düşüb...

Son xəbərlər