Mojo.az Banner
13:59 Bəzi yerlərdə dörd gün intensiv YAĞIŞ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ  |     13:41 Günəşdə güclü partlayış qeydə alınıb  |     13:37 Gəncədə 73 yaşlı kişinin meyiti tapıldı  |     13:19 SEPAH-ın hərbi-dəniz qüvvələrinin komandiri ÖLDÜRÜLDÜ  |     13:18 İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır  |     13:00 Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO  |     12:41 Azərbaycan nefti UCUZLAŞIB  |     12:32 İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb  |     12:28 Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ  |     12:19 UEFA "Benfika"nı cəzalandırdı  |     12:16 Kapitan Vüsal Sadıqov həbsdə qaldı  |     12:11 Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video  |     12:06 Bakıda yeniyetmə evində ölü tapıldı  |     11:55 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - Video  |     11:41 Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi  |     11:21 Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb  |     11:16 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU  |     23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |    
Left Banner
Right Banner

Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO

26.03.2026 13:00 216
Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi:
Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi müəyyən olunub.

Belə ki, 2024-cü il martın 8-də saat 4 radələrində Rəşad yuxudan oyanıb ikinci dəfə ailə qurduğu Aynur Həsənovadan yemək istəyib. O isə Rəşada - "bir az gözlə, səhər açılsın, yemək hazırlayım", - deyib. Rəşad isə qışqıraraq - "bu dəqiqə yemək hazırlamasan, bu evdə qan tökəcəyəm", - deyib. Arvadı Rəşadın xasiyyətini bildiyi üçün qorxudan ona yemək hazırlamağa başlayıb. Sadəcə yemək bir az gec hazırlandığından Rəşad onun acığına uşaqlar yatan otağa keçib 6 yaşlı oğulluğu Nuranın baş və sinə nahiyələrinə yumruq və təpik zərbələri vurub. Artıq həmin vaxt uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq, Rəşad uşağı sürüyüb çölə çıxarıb və orada da vurmağa davam edib. Həmin vaxtı qışqırıq səsinə oyanan onun ögey qızı 8 yaşlı Şəbnəm atalığının qardaşı Nuranı vəhşicəsinə döydüyünü görüb, sadəcə onun qorxusundan otaqda ağlayıb.

Aynur qışqıraraq Rəşada deyib ki, uşaqdan əl çəksin, yoxsa qonşuları və polisi çağıracaq. Rəşad onun polis çağıracağından qorxaraq uşağı vurmağı dayandırıb.

Sonra uşaq qusmağa başlayıb və özündən gedib. Aynur oğlunu təcili həkimə aparaq deyəndə Rəşad isə - "lazım deyil, qoy ölsün, bildirərik ki, pilləkəndən yıxılıb ölüb", - deyib. Aynurun yalvarışından sonra Rəşad razılıq verib və taksi çağırıb uşağı xəstəxanaya aparıblar. Lakin Rəşad ona dəfələrlə - "xəstəxanada deyərsən ki, uşaq pilləkəndən yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəyəm", - deyib. Onlar uşağı taksi ilə xəstəxanaya aparıblar və həkimə Rəşadın dediyi kimi Nuranın guya pilləkəndən yıxılaraq özündən getdiyini deyiblər. Xəstəxanada uşaq əməliyyat olunub və buna baxmayaraq həmin gündən Nuran eşitmə, danışma, görmə və yerimə qabiliyyətlərini itirib və iflic vəziyyətdə yataqda yatıb. Aynur Rəşadın qorxusundan 4 ay hər kəsdən uşağının döyülməsini gizlədib, onun yıxılaraq xəsarət aldığını deyib, lakin uşağın getdikcə ağırlaşdığını görüb məcbur olub 2024-cü il iyulun 19-da hadisə barədə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Bununla da, Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rəşad İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

скачать dle 11.3
Mojo.az Banner