Mojo.az Banner
SON DƏQİQƏ
13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı

18.01.2025 21:36 843
Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun anket məlumatları dəqiqləşdirilib.

Prokuror işin baxışa verilməsini təklif edib.

Bu məqamda təqsirləndirilən şəxs bildirib ki, o, ittiham aktını oxumayıb və ona görə də, ona qarşı irəli sürülən ittihamla tanış olmaq istəyir.

Məhkəmə bu səbəbdən fevralın 3-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib.

Belə ki, Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3

Son xəbərlər