Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Məni güllələyin, bu iş bitsin"- Oğlunu və gəlinini baltalayan şəxs

02.08.2021 20:18 1 200
Oğluna və gəlininə balta ilə xəsarətlər yetirən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Oğlu tərəfindən döyüldüyünü deyən şəxs əməlindən peşman olduğunu bildirib.

Median.Az
musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Mehdi İsmayılov ifadəsində bildirib ki, oğlu uzun illər onu incidib. Amma onun oğlunu öldürmək niyyəti olmayıb:

"Hadisədir, olub və keçib. Məni güllələyin və bu iş bitsin. Mən onu öldürmək istəməmişəm. Əgər istəsəydim, balta ilə başına vurardım".

Danışmaqda çətinlik çəkən Mehdi İsmayılov bildirib ki, gəlinini vurmaq niyyəti olmayıb. Sadəcə hadisəyə müdaxilə edən zaman o da xəsarət alıb.

Hadisə ilə bağlı yayılan ilkin məlumata görə, Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisənin əmlak üstündə başlayan mübahisə zamanı baş verdiyi bildirilir.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəf M.Ismayılovu bağışlayıb.

M.Ismatılovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs qarşı irəli sürülmüş ittiham ağırdır. Vəkilin sözlərinə görə M.İsmayılovun hər iki şəxsi öıdemrək imkanı olduğu halda bunu etməyib. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

Mehdi İsmayılovun həyat yoldaşı da məhkəmədə ifadə verən zaman deyib ki, oğlu tez-tez onu da döyüb. Ailə arasında mübahisə isə ev üstündə olub.

Məhkəmə araşdırması davam edir.скачать dle 11.3
Mojo.az Banner