Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video

25.03.2026 22:13 669
Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video
Bakının Nərimanov rayonu, Nadir Əliyev küçəsində dövlət qeydiyyat nişanı olmayan avtomobillər parklanma yerlərini zəbt edib. Nadir Əliyev küçəsində apardığımız çəkiliş zamanı onlarla belə nəqliyyat vasitəsinin günlərlə burada saxlanıldığı məlum oldu.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, əsasən biznes mərkəzlərinin yerləşdiyi bu ərazidə boş park yeri tapmaq müşkülə çevrilib. Səbəb isə bəzi şəxslərin bu küçəni faktiki olaraq "açıq səma altında avtosalona" çevirməsidir.

Elə çəkiliş zamanı Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək dərhal tədbirlərə başlayıb. Qanunsuz park edilən, nömrəsi çıxarılan maşınlara protokollar tərtib edilib, bəziləri isə evakuatorla duracağa aparılıb.

Ərazidəki xaotik vəziyyətin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə və hüquqi şəxslərə xəbərdarlıq edib:

Qeyd edək ki, Nadir Əliyev küçəsində nizam-intizam bərpa edilsə də, bu cür profilaktik tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Məqsəd bənzər halların qarşısını birdəfəlik almaq və hər bir hərəkət iştirakçısının rahatlığını təmin etməkdir.

Son xəbərlər