Mojo.az Banner
12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |    
Mojo.az Avto
Mojo.az Avto

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO

25.03.2026 11:13 771
Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO
Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?

Məsələ ilə bağlı Oxu.Az-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.

P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:

"Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir. Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir.

Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Oxu.Az-a açıqlamasında vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:

"2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq. Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir.

Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır".
скачать dle 11.3
Mojo.az Banner