Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

23.03.2026 16:59 675
Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

"Unikal" xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu yaxınlarda "Instagram"da Niyazbekovun Bişkek Dram Teatrının yaxınlığında siqaret çəkdiyini göstərən video yayılıb.

Qanun pozuntusuna görə Daxili İşlər Nazirliyinin rəhbəri 3000 som (təxminən 56 AZN) məbləğində cərimə ödəyib.

Agentlik qeyd edir ki, "Qırğızıstan Respublikası qanunvericiliyinin tələbləri, vəzifəsindən asılı olmayaraq, istisnasız olaraq hər kəs üçün məcburidir".

Son xəbərlər