Mojo.az Banner
12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |     11:14 Ağdərədə mina partlayıb  |     23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |    
Left Banner
Right Banner

Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar

23.11.2024 18:46 939
Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar
Azərbaycanla Qırğızıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq genişlənir.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycanın "İslahatçı Gənclər" İctimai Birliyi ilə Qırğızıstanın Gənclər Parlamenti arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu imzalayan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı və Qırğızıstanın Gənclər Parlamentinin rəhbəri Asel Amanova iki ölkəni tarixi dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini qeyd ediblər. Qeyd olunub ki, Azərbaycanla Qırğızıstan arasında bütün istiqamətlər geniş və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Gənc liderlər bildirib ki, iki qardaş ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük perspektivi var: "İki ölkənin rəhbərləri cənab İlham Əliyev və cənab Sadır Japarovun liderliyi ilə həyata keçirilən dövlət siyasəti gənclər fəaliyyəti üçün də yol xəritəsidir".

İmzalanan memorandumda iki ölkənin gənclər təşkilatları arasında qarşılılıq səfərlərin intensivliyinin artırılması, gənclər siyasəti, ekologiya, ictimai diplomatiya sahəsində ortaq layihələrin icrası, iki ölkə həqiqətlərinin təbliği üçün birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Memoranduma Qırğızıstanın "Tilimpoz" layihəsinin rəhbəri Tilek Mirlan və "Damcı Bulaq" layihəsinin rəhbəri Elbek Həbibullayev də imza atıb.

Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi və Qırğızıstan Parlamentinin deputatı Eldar Suleymanov iştirak edib.скачать dle 11.3
Mojo.az Banner