Mojo.az Banner
17:46 Prezidentin avtomobilinin sükanı arxasına əyləşdi - Video  |     17:45 Azərbaycanda evlənənlər azalıb, ölənlər çoxalıb  |     17:20 "Qalatasaray"ın "Liverpul"la oyunu hansı kanalda yayımlanacaq?  |     17:04 91 milyon manata yaxın ƏDV geri qaytarılıb  |     16:37 Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb  |     16:19 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib  |     16:18 Çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ: Uyğunsuzluq necə araşdırılır?  |     15:51 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb  |     15:50 Günəşdə güclü partlayış oldu  |     15:48 "Hizbullah"a məxsus telekanalın direktoru öldürüldü  |     15:47 Bir çox müəllimin maaşı arta bilər - Nazir AÇIQLADI  |     14:35 Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib  |     13:58 İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb  |     13:57 İrandan dörd hindistanlı həkim Azərbaycana təxliyə edilib  |     13:43 Narkoloji Mərkəzin həbsdə olan vəzifəli şəxslərinin CƏZASI AZALDILDI  |     13:16 Almaniyadan 23 Azərbaycan vətəndaşı ölkəyə readmissiya olunub  |     13:14 Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı  |     13:13 Son iki ayda 900 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  |     13:12 Azərbaycanda MÜHÜM QƏRAR: Hansı şəxslərə pensiya ömürlük təyin edilməlidir?  |     13:11 "TikTok"da narkokuryerlik edən şəxs SAXLANILDI - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub

21.11.2023 13:44 1 488
Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan hökumətləri arasında bağlanmış iki sazişi təsdiq edib.

Bu barədə President.az xəbər verir.

Dövlət başçısının imzaladığı fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək həvalə olunub.

Həmçinin, Azərbaycan Prezidenti digər bir fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.скачать dle 11.3
Mojo.az Banner