Mojo.az Banner
23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |     21:07 Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi  |     21:02 Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq  |     20:59 Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər  |     20:56 Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu  |     20:52 Azərbaycanda baş verən qida zəhərlənmələri araşdırıldı: Bakteriyalar aşkar olundu - FOTO  |    
Left Banner
Right Banner

15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib

18.03.2026 16:19 507
15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib
Azərbaycan Respublikası Audiovizual Şurası keçən ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.

Bu barədə Şuradan məlumat verilib.

Cari ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılmış, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunmuşdu. Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunmuşdu.

Yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxın olmasına baxmayaraq, keçirilən görüşlərin və aparılan maarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunmuşdur. Belə ki, 15 televiziya kanalının aparıcıları tərəfindən dekabr ayında xarici sözlərdən 1366, yanvar ayında 1460 istifadə halı müəyyən olunmuşdursa, fevral ayında bu say 864-ə düşmüşdür.

Audiovizual Şura belə monitorinqlərin davamlı olacağını qeyd etməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha bildirir, redaksiya nümayəndələri və aparıcılar tərəfindən xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv iş aparmalarını tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner