Mojo.az Banner
23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |     21:29 “Brent” yenidən bahalaşdı  |     21:21 İkinci kurs tələbəsi dünyasını dəyişdi  |     21:16 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var  |     21:09 Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...  |     21:02 Dənizdə batan yeniyetmənin meyiti tapıldı  |     21:00 Xankəndidə kafe yanıb - Xəsarət alanlar var  |     20:45 Bu ərazilərdə qaz olmayacaq  |     20:40 Türkiyədə "Ahbap" dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar  |    
Left Banner
Right Banner

Parlament "Yerin təki haqqında" Qanuna dəyişiklikləri son oxunuşda qəbul edib

17.03.2026 12:44 798
Parlament
Milli Məclis su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil olunmasını üçüncü oxunuşda qəbul edib.

Bununla bağlı "Yerin təki haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin, habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir.

Digər istiqamət yer təkindən istifadə sahəsində bir sıra qaydaların hüquqi əsasının yaradılması ilə bağlıdır. Qeyd olunub ki, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar qəbul ediləcək.

Eyni zamanda, layihədə yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə qaydalarının müəyyən edilməsi təsbit olunub. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra üç ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

Layihədə vurğulanıb ki, yerin təki istifadəyə icazə əsasında bu qanun və "Lisenziyalar və icazələr haqqında" Qanunla müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib. Təklif olunan dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.

Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner