Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ

16.03.2026 17:43 570
Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib.

Qurum bəyan edib ki, son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.

"Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda "1654" qaynar xəttinə və ya info@cert.az elektron poçt ünvanına məlumat versinlər", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər