Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

16.03.2026 15:47 1 038
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
"Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib".

Bu barədə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib.

Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir:

"ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə, assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq müəssisələri dövlətin dəstəyi ilə təmin olunub, proteksionist siyasət yürüdülür. Bu baxımdan, həmin ölkələrə ixracla bağlı məhdudiyyətlər var".

M.Həsənli xatırladıb ki, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib:

"2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342.9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1.8% çoxdur. Ötən il 12 milyon 686.8 min ədəd damazlıq, 90 milyon 437.8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23% artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10.6 milyon ABŞ dolları valyuta daxil olub".

Onun sözlərinə görə, ötən il də ölkənin yumurta ixracının coğrafiyası genişlənib:

"BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıb".

Son xəbərlər