Mojo.az Banner
12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq

16.03.2026 13:16 915
Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq
Gürcüstanın Marneuli rayonunda bir neçə azərbaycanlının əmlakı məcburi qaydada ictimai ehtiyac üçün müsadirə olunacaq.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yollarının tikintisinə görə bir neçə vətəndaşın əmlakı məcburi qaydada dövlət nəfinə keçiriləcək.

Qeyd olunur ki, Gürcüstan Avtomobil Yolları Departamentinə layihə ərazisinə düşən daşınmaz əmlak üzərində ekspropriasiya hüququ verilib.

Zəruri ictimai ehtiyac kimi qiymətləndirilən layihəyə düşən əmlaklar dövlət tərəfindən kompensasiya ödənilməklə mülkiyyətin məcburi alınması qaydasında həyata keçiriləcək.

Bildirilib ki, departament daşınmaz əmlakın satın alınması ilə bağlı xüsusi mülkiyyətçilərlə razılıq əldə edə bilmədiyi üçün ekspropriasiya yolu ilə mülkiyyət hüququnun məcburi alınmasına ehtiyac yaranıb.

Məlumata görə, qərardan bir ay ərzində Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyasına şikayət verilə bilər.скачать dle 11.3
Mojo.az Banner