Mojo.az Banner
12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə

14.03.2026 22:28 663
Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə
İşğaldan azad edilmiş Ağdərə rayonunun Kolatağ kəndində xeyli sayda işçini əmək müqaviləsiz işlədən "Təməl Tikinti" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. 

Median.Az-
ın məlumatına görə, MMC-nin Kamal Əliyev adlı əməkdaşının fəaliyyət göstərdiyi iş yerində olarkən öz ehtiyatsızlığından xəsarət aldığı məlum olub. 

Sözügedən iş üzrə Xocalı rayon prokurorluğunda aparılan araşdırma zamanı "Təməl Tikinti" MMC-də xeyli sayda işçinin əmək müqaviləsi olmadan işlədilməsi faktı aşarlanıb. Nəticədə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Şirkətin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırverdi oğlu bir çox hallarda MMC-də işləmək istəyən şəxslər işə başlamazdan əvvəl iş yerinə gəlib iş şəraiti, şərtləri ilə tanış olduqdan sonra əmək müqaviləsi bağlandığını deyib. 

Məhkəmənin hökmü ilə şirkətin qanuni təmsilçisi Bəylər Abdullayev 20.000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, "Təməl Tikinti" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin hüquqi ünvanı AZ1147, Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 9 mkr, ev 11, m. 83 ünvanında yerləşir. MMC son 5 il ərzində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nın keçirdiyi milyonluq tenderlərin qalibi olub. //Qaynarinfo
скачать dle 11.3
Mojo.az Banner