Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Neftin qiyməti təxminən dörd ildən sonra ilk dəfə 100 dollar həddinə yaxınlaşır

09.03.2026 12:29 894
KİV: Neftin qiyməti təxminən dörd ildən sonra ilk dəfə 100 dollar həddinə yaxınlaşır
Yaxın Şərqdəki hadisələr fonunda Fars körfəzində neft daşımalarının bloklanması və Yaxın Şərqin əsas istehsalçı ölkələrində hasilatın azalması səbəbindən neftin qiyməti bir barel üçün 100 dollara yaxınlaşıb.

Bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveyt ya neft hasilatını azaltmağa, ya da bəzi yataqları tam bağlamağa məcbur qalırlar. Bunun səbəbi Fars körfəzində neftin yığılması və anbarların dolma riskinin artmasıdır. Eyni zamanda neft yataqlarına və enerji infrastrukturuna yeni hücumlar qiymətlərin daha da yüksəlməsi təhlükəsini yaradır.

Ötən həftə ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti tarixdə ən böyük həftəlik artımını göstərərək 36% bahalaşıb və bir barel üçün 90.90 dollara çatıb, "Brent" markalı neftin qiyməti isə 92/69 dollara yüksəlib. Qiymət artımı xüsusilə həftənin sonuna doğru daha da sürətlənib.

Ekspertlər bildirirlər ki, yaxın günlərdə vəziyyət sabitləşməsə, "Brent" markalı neftin qiyməti növbəti həftənin əvvəlində üçrəqəmli göstəriciyə çata bilər.

Son xəbərlər