Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Neftin qiyməti iki gündə 19 faiz artdı

16.09.2019 12:00 4 079
Neftin qiyməti iki gündə 19 faiz artdı
Səudiyyə Ərəbistanının neft ixracını azaltması barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% - 13% artıb.

“RİA "Novosti” xəbər verir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib.

Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 19,1% artaraq bir barel üçün 71,62 dollar təşkil edib.

WTI markalı neftin noyabr fyuçersləri 15,8% artıb və 63,47 dollara çatıb.

Xatırladaq ki, dünyanın ən böyük neft ixracçısı olan Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumdan sonra hasilatı 2 dəfə azaltmağa məcbur olub.

Son xəbərlər