Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

İrandan Azərbaycana təxliyə edilən səfir: "Hərbi əməliyyatlar başa çatana qədər Bakıda qalacağıq"

07.03.2026 16:55 411
İrandan Azərbaycana təxliyə edilən səfir:
İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Fridrix Ştift təfərrüatları bölüşüb.

"Hazırda İrandakı təhlükəli vəziyyətlə əlaqədar Bakıya yollanırıq. Hücumların (ABŞ və İsrailin İrana - red.) nə qədər davam edəcəyini bilmirik, ona görə də qərara gəldik ki, təhlükəsiz ölkəyə getmək daha yaxşıdır. Sərhəddə göstərilən isti münasibətə və qəbula görə Azərbaycan Respublikasına son dərəcə minnətdarıq", - diplomat bildirib.

Onun sözlərinə görə, onlar İran ərazisində hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalmaq niyyətindədirlər: "Biz burada nə qədər lazımdırsa, qalacağıq. Lakin ümid edirik ki, İrana qarşı döyüş əməliyyatları və zərbələr tezliklə başa çatacaq və biz Tehranda işimizə qayıtmaq imkanı əldə edəcəyik".

Diplomat həmçinin İran paytaxtında partlayış səslərini şəxsən eşitdiyini deyib: "Son günlərdə biz gecə saat iki-üç radələrində partlayış səslərindən oyanırdıq və qalxan tüstüləri görürdük. Bu gün şəhəri tərk edərkən alov içində olan bir neçə bina gördük".

İranın Naxçıvana dron hücumunu şərh edən səfir bildirib: "Əlbəttə, bu cür zərbələrin baş verməsi yaxşı hal deyil".

Bununla yanaşı, F.Ştift əlavə edib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian müraciətlə çıxış edərək qonşulardan üzr istəyib və Tehranın qonşu dövlətlərə hücumları dayandırmaq niyyətini bəyan edib.скачать dle 11.3
Mojo.az Banner