Mojo.az Banner
22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin" - Artur Rasizadə

04.03.2026 22:09 528
"Bu, xəyanətdən daha da artıq məsələdir. Çünki belə şey eləməzlər axı. Sənə o qədər böyük hörmət ediblər. Sən necə bunları unuda bilərsən?"

Median.Az
xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə Musavat.com-a ağır dövləti cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı müsahibəsində deyib.

"Mənim bəzi məsələlərlə bağlı prinispial mövqeyim ondan fərqlənirdi. Birmənalı. Amma dövlətçilik naminə bunu açıq büruzə vermək düzgün deyildi. Çünki dövlət var. Amma mən bəzi məsələlərlə bağlı dəfələrlə tamam ayrı fikrim olub. Misalçün Ramiz Mehdiyev qanun hazırlamışdı ki, tibbi arayış olmadan şagirdlər məktəbə getməsə, valideynlər 100 manat cərimə olunsun. Dedim ayə, siz nə düşünürsünüz, belə şey ola bilər? Belə bir qanun layihəsi hazırlamışdılar. Əgər uşaq səbəbsiz 5 gün məktəbə getmirsə, o zaman valideynlər 100 manat cərimə olmalıdır. Bir misal kimi yadıma düşdü. Belə şeylər çox olub. Şükürlər olsun ki, mən oradan ayrılandan sonra Ramiz Mehdiyev mənə bir dəfə də zəng eləməyib. Yaxşı ki, eləməyib".скачать dle 11.3
Mojo.az Banner