Mojo.az Banner
15:07 Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!  |     15:04 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - Video  |     14:59 Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçı  |     14:46 Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub  |     13:43 Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi  |     12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |     12:10 Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir  |     11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |    
Left Banner
Right Banner

"Dənizkənarı Bulvar İdarəsi"nin həbsdə olan sabiq sədri İlqar Mustafayevin SƏHHƏTİNDƏ CİDDİ PROBLEM yarandı

04.03.2026 17:55 324
"Dənizkənarı Bulvar İdarəsi"nin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanin sədrliyi ilə araşdırılan prosesin təxirə salınmasının səbəbi təqsirləndirilən İlqar Mustafayevin səhhətində ciddi problemlərin yaranmasıdır.

Bu barədə məhkəməyə müvafiq teleqramın daxil olması proses iştirakçılarının diqqətinə çatdırılıb.

Təqsirləndirilənin vəkili də həmçinin müvəkkilinin hazırkı durumu barədə açıqlama verərək bildirib ki, İlqar Mustafayevin ciddi ürək çatışmazlığından əziyyət çəkdiyini və hazırda müalicə müəssisəsinə köçürülüb. Buna görə də vəkil onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin təmin olunmasını istəyib.

Vəsatətin müzakirəsi açıq qalaraq növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner