Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

“Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı

03.03.2026 21:54 582
“Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı
"Yaxın Şərqdə yeni müharibə bütün şiddəti ilə davam edir. İran və ABŞ arasında hərbi qarşıdurma artıq lokal zərbələr mərhələsini aşaraq regionun təhlükəsizlik balansını sarsıdan genişmiqyaslı toqquşmaya çevrilib. Enerji infrastrukturu, beynəlxalq nəqliyyat marşrutları və mülki əhalinin təhlükəsizliyi birbaşa risk altındadır. Müharibənin miqyası genişləndikcə onun təsir dalğası Cənubi Qafqaza qədər uzanır və bölgəni yeni geosiyasi təzyiq mühitinə daxil edir. Belə bir şəraitdə sabitlik və praqmatik siyasət region dövlətləri üçün əsas prioritetə çevrilir”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O bildirib ki, Azərbaycanın balanslı mövqeyi strateji uzaqgörənlik və siyasi praqmatizm nümunəsidir: "Rəsmi Bakı qarşıdurmanın tərəfinə çevrilmir, blok siyasətindən uzaq dayanır və gərginliyi artıracaq ritorikadan kənardır. Məqsəd Cənubi Qafqazı hərbi qarşıdurmadan uzaq saxlamaq və milli təhlükəsizliyi qorumaqdır. Balanslı siyasət həm diplomatik seçim, həm də uzunmüddətli sabitlik üçün zəruri platformadır”.

Birlik sədri qeyd edib ki, müharibənin şiddətlənməsi fonunda İran ərazisində olan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar real həyat təhlükəsi ilə üz-üzə qalıblar: "Hava nəqliyyatının məhdudlaşdığı, logistikanın iflic olduğu bir şəraitdə Azərbaycan humanitar dəhliz açaraq onların təhlükəsiz təxliyəsinə şərait yaradır. Bu addım şiddətli müharibə fonunda formal jest deyil, konkret xilas əməliyyatıdır və insan həyatının prioritet sayıldığını nümayiş etdirir. Müharibə dövründə humanitar məsuliyyəti üzərinə götürmək dövlətin siyasi gücünün və yetkinliyinin göstəricisidir”.

Siyasi şərhçi vurğulayıb ki Azərbaycan nə blok qarşıdurmalarına qoşulur, nə də gərginliyi artıran siyasi xətt tutur: "Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel əməkdaşlıq modeli qurub. Bu praqmatik yanaşma ölkəni geosiyasi qütbləşmədən qoruyur və müxtəlif güc mərkəzləri ilə dialoq imkanlarını saxlayır.

Hazırkı geosiyasi şəraitdə – Yaxın Şərqdə gərginliyin artması, Rusiya–Qərb münasibətlərində davam edən qarşıdurma və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda – Azərbaycanın balanslı xarici siyasəti regional sabitlik üçün mühüm faktordur. Bu model uzunmüddətli sülh və əməkdaşlıq üçün daha dayanıqlı alternativ təqdim edir”.//Editor.az

Son xəbərlər