Mojo.az Banner
13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına məktub göndərdi

03.03.2026 11:54 885
Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.

Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".скачать dle 11.3
Mojo.az Banner