Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Son bir neçə gündə Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub

02.03.2026 17:33 612
Son bir neçə gündə Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub
Yaxın Şərqdə tətbiq olunan müvəqqəti hava məkanı məhdudiyyətləri nəticəsində bir sıra qlobal aviadaşıyıcılar marşrutlarını yenidən planlaşdıraraq Azərbaycan üzərindən uçuş tezliyini yüksəldib.

Median.Az "Report"a istinadla xəbər verir ki, xüsusilə son bir neçə gün ərzində ölkə üzərindən əlavə 150-dən çox tranzit uçuş həyata keçirilib.

Hazırda Azərbaycan qlobal aviasiya sistemində əlverişli coğrafi mövqeyi ilə yanaşı, formalaşdırdığı müasir aeronaviqasiya infrastrukturu və idarəetmə potensialı ilə seçilir. Avropa - Asiya və Şimal - Cənub nəqliyyat axınlarının kəsişməsində yerləşən ölkə regional və qitələrarası uçuşlar üçün etibarlı hava körpüsü funksiyasını yerinə yetirir.

"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Qlobal Hava Naviqasiya Planına (GANP), eləcə də regional və Avropa proqramlarına uyğun olaraq hava hərəkətinin təhlükəsiz və səmərəli təşkili, müasir Hava Hərəkətinin İdarə Edilməsi (ATM) texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya istiqamətində ardıcıl inkişaf strategiyası reallaşdırır.

Bu gün Azərbaycanın hava məkanından mütəmadi olaraq 200-dən artıq beynəlxalq aviadaşıyıcı müxtəlif istiqamətlər üzrə istifadə edir. 30-a yaxın aviadaşıyıcı uçuş marşrutlarını yenidən konfiqurasiya edərək Azərbaycan hava məkanına üstünlük verib. Onların sırasında "Aerologic", "Air Arabia", "Air Atlanta Europe", "Air Cairo", "Air France", "ASL Airlines Belgium", "Austrian Airlines", "British Airways", "DHL Air", "Edelweiss Air", "European Cargo", "FlyDubai", "GullivAir", "ITA Airways", KLM, "Polish Airlines", "Lufthansa", "Malaysia Airlines", "My Freighter", "Pegasus Airlines", "Qantas", "Singapore Airlines", "SriLankan Airlines", "Swiss International Air Lines", "TUI Airways", "Turkish Airlines", "Utair", "Uzbekistan Airways", "Vietnam Airlines" və "Virgin Atlantic" yer alır.

AZANS beynəlxalq standart və tövsiyələrə uyğun olaraq hava məkanının buraxıcılıq qabiliyyətinin artırılması, əməliyyat dayanıqlılığının gücləndirilməsi və artan trafik həcminin təhlükəsiz şəkildə qarşılanması istiqamətində fəaliyyətini davam etdirir.

Son xəbərlər